2030-cu ildə keçiriləcək dünya çempionatına birgə ev sahibliyi etməyə iddialı 4 ölkə - Argentina, Çili, Paraqvay və Uruqvay tədbir keçiriblər.
Fanat.Az xəbər verir ki, Argentina Futbol Assosiasiyasında (AFA) keçirilən mərasimdə dörd ölkənin rəsmilərinə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes də qatılıb.
DÇ-2030-a ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcək ölkələr FİFA-ya səsləniblər: "Montevideoda keçirilən ilk dünya çempionatından 100 il sonra mundialı "futbolun doğulduğu yer"ə qaytarın!".
Argentina prezidenti Alberto Fernandez rəsmi "Twitter" səhifəsində Boliviyadan da layihəyə qoşulmağı istəyəcəklərini bildirib.
Uruqvaydakı ilk mundialn sonra Argentina 1978-ci ildə, Çili 1962-ci ildə DÇ-yə ev sahibliyi edib, Paraqvay isə heç vaxt buna nail olmayıb.
Qeyd edək ki, birgə namizədlik haqqında müqavilə imzalayan Cənubi Amerika ölkələrindən başqa, İspaniya və Portuqaliya, eləcə də Mərakeş və Səudiyyə Ərəbistanı da 7 il sonrakı mundiala ev sahibliyi etmək istəyir.
Mirağa