Adı transfer gündəmində olan "Napoli"nin hücumçusu Viktor Osimhenlə bağlı suallara aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, neapollular futbolçusunu satmayacaq.
"Napoli"nin prezidenti Aurelio De Laurentis İngiltərə Premyer Liqa klublarının maraq dairəsində olan hücumçu ilə bağlı açıqlama verib. İnsayder Nikolo Skira funksionerin dediklərini belə çatdırıb: “Osimhen satılmır. Futbolçularımıza tələbat var, amma onları satmaq fikrində deyiləm. "Napoli"nin borclarla bağlı heç bir problemi yoxdur".
Bundan əvvəl "Mançester Yunayted"in Osimhen üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.
Mirağa