Fransa millisinin və "Tottenhem"in qapıçısı Uqo Lyoris sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Telegraph" yayıb.
Xəbərə görə, 36 yaşlı qolkiper İngiltərə Premyer Liqasının XXII turunda "Mançester Siti"yə (1:0) qarşı oyunda zədələnib.
Uqonun 6-8 həftə müddətinə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Mənbə qeyd edir ki, yoxlanış zamanı onun diz bağlarından xəsarət aldığı aşkarlanıb.
Röya