Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Telegraph": "Roma"nın futbolçusu Temmi Abraham "Mançester Yunayted"in diqqətini cəlb edib. İngiltərə təmsilçisi "Tottenhem"dən Harri Keyn və "Napoli"dən Viktor Osimxen ilə maraqlanır. Bu iki variantdan heç biri alınmasa, "qırmızı şeytanlar" Abrahamı transfer etməyə çalışacaqlar.
"Todofichajes": "Real Madrid"in hücumçusu Marko Asensio "Arsenal"ın maraq dairəsindədir. Forvard axtarışında olanda "topçular"ın baş məşqçisi Mikel Arteta futbolçunu komandasında görmək istəyir.
Rəsmi: Fransa millisinin sabiq futbolçusu Tyerri Anri öz istəyi ilə Belçika yığmasından ayrılıb. Məlumatı Belçika Kral Futbol Assosiasiyasının baş direktoru Peter Bossart açıqlayıb.
Rəsmi: “Qalatasaray” İtaliya millisinin və “Roma”nın yarımmüdafiəçisi Nikolo Dzanyolonu transfer edib. 23 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. İstanbul klubu bu transferə görə “Roma”ya 15 milyon avro ödəyib. Futbolçunun gələcək satışından əldə olunacaq gəlirin də 20 faizi İtaliya klubuna çatacaq. Futbolçunun yeni klubunda ilinə 2 milyon 750 min avro qazanacağı bildirilir. Bu mövsüm isə o, 900 min avro alacaq.
Röya