İspaniya millisinin sabiq futbolçusu Markos Alonso Pena dünyasını dəyişib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Barselona"nın futbolçusu Markos Alonsonun atası olan mərhum da vaxtilə Kataloniya klubunda, həmçinin "Atletiko Madrid" və "Rasinq"də çıxış edib.
63 yaşında dünyasını dəyişən ata-Alonso 1984-cü ildə İspaniya millisi ilə Avropa Çempionatının gümüş mükafatçısı olub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb və "Rasinq", "Sevilya", "Atletiko" komandalarını çalışdırıb.
Mirağa