Rusiyanın "Baltika" və Ermənistanın "Pünik" komandaları arasında keçirilən yoxlama oyununda maraqlı anlar yaşanıb.
Fanat.Az "Pervıy Sport"a istinadən xəbər verir ki, matçın gedişində Kalininqrad təmsilçisinin masajçısı İqor Rakov yan xətt hakimi funksiyasını yerinə yetirməli olub. Belə ki, baş hakimin topuğu burxulub. Adətən yoxlama oyunlarında ehtiyat hakim olmadığı üçün referini laysmanlardan biri əvəz edib. Belədə "Baltika"nın masajçısı bayrağı əlinə almalı olub.
Maraqlıdır ki, üç 45 dəqiqədən ibarət oyunda 2:0 hesabı ilə qalib gələn "Baltika" məhz 26 yaşlı masajçısının müdaxiləsindən sonra hesabı açıb, son dəqiqədə isə fərqi artırıb.
Mirağa