London "Arsenal"ının yarımmüdafiəçisi Martin Edeqar vaxtilə "Real Madrid"ə keçidini yada salıb.
Fanat.Az xəbər verir ki, o, “The Players Tribune” jurnalı üçün xatirələrini bölüşüb:
"Klubun təyyarəsi arxamca Norveçə gəlmişdi. Bir oteldə görüşəcəkdik. Tələskənlik və həyəcandan əlimə keçən ilk şeyi geyindim. Oteldə Madridin əfsanəsi Emilio Butragenlə üzbəüz oturarkən diqqət yetirdim: o, incə zövqlə geyinmiş, mən isə köhnə köynəkdə idim. İndi də həmin fotolara baxanda utanıram. Amma həyatımın ən böyük günü idi.
"Real"ın bazasına getdiyim günü xatırlayıram. Məktəbli kimi görünürdüm. Maşın sürmək üçün çox gənc idim. Ona görə də atam əlimdən tutub məni İsko, Ronaldu, Ramos, Modriç, Beyl və Benzema kimi ulduzlarla oynamağa apardı. Sanki məni məktəbə aparırdı...
Media məni çox tez təzyiq altına saldı. Çünki ümidləri dərhal doğrultmurdum, onlar üçün asan yem idim. İspan olsaydım, bəlkə mənə bir az vaxt verərdilər. Mən isə böyüməliydim. Onlar üçün orta anlayışı yoxdur: ya bütün zamanların ən yaxşı transferisən, ya da pissən”.
Qeyd edək ki, Edeqar 2015-2021-ci illərdə "Real"da oynayıb, ancaq əsas komandada cəmi 8 matçda meydana çıxa bilib. Əvəzində o, “Arsenal”da 86 oyun keçirib, 17 qol və 13 məhsuldar ötürmə edib. Onun komandası hazırda Premyer Liqanın turnir cədvəlində liderdir.
Mirağa