"Çelsi" iki ulduz futbolçusu ilə vidalaşmağa hazırlaşır. Söhbət Nqolo Kante ilə Meyson Mauntdan gedir.
Fanat.Az xəbər verir ki, məlumatı "Evening Standard" yayıb.
Xəbərə görə, hər iki oyunçu ilə danışıqlar uğurlu alınmayıb.
Maunt artıq "Liverpul"un hədəfindədir, Kante isə İspaniya klublarından gələn variantları dəyərləndirir.
Röya