"Yuventus"un serb vingeri Filip Kostiç həmyerlisi və komanda yoldaşı Duşan Vlahoviçdən danışıb.
Fanat.Az xəbər verir ki, onun dediklərini italiyalı jurnalist Alfredo Pedulla belə çatdırıb:
"Vlahoviç bizim üçün çox vacib futbolçudur. O, Avropanın ən yaxşı hücumçusudur. Son vaxtlar zədəsini sağaltmaqla məşğul olduğu üçün müəyyən problemləri var idi. Ancaq Duşanın bu çətinliyi geridə qoyduğu sezilir. Əminəm ki, indikindən də yaxşı performans sərgiləməyə qadirdir. Onun ən yaxşı olduğunu hamımız bilirik".
Qeyd edək ki, Vlahoviç A Seriyasının 21-ci turu çərçivəsində baş tutan görüşdə - "Salernitana"nı səfərdə 3:0 hesabı ilə yendikləri oyunda 2 qol və məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat