İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Lids Yunayted" - "Mançester Yunayted" qarşılaşması (0:2) qonaqların qapıçısı David de Xea üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, İPL-də 400-cü oyununa çıxan qolkiper "quru" matçların sayına görə də çempionatın rekorduna şərik olub.
Belə ki, bu görüşdə qapısını toxunulmaz saxlayan "çərçivə" qoruyucusu 178-ci dəfə rəqiblərin bütün cəhdlərini əngəlləyərək Peter Şmeyxelin nəticəsini təkrarlayıb.
Nihat