"Atletiko Madrid"in hücumçusu Memfis Depay bu gün baş tutan La Liqa matçında "Selta"nın qapısına yol taparaq komandasına minimal hesablı qələbə qazandırıb.
Fanat.Az xəbər verir ki, Niderland millisinin forvardı Madrid klubunun forması ilə vurduğu ilk qol barədə təəssüratlarını bölüşüb.
Depayın dediklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:
"Xoşbəxtəm. Bu kluba qollar burmaq üçün gəlmişəm. İndi növbəti fürsətləri dəyərləndirmək və komandanın vacib oyunçusuna çevrilmək istəyirəm".
Qeyd edək ki, mövsümün ilk yarısında "Barselona"da olan Memfis cəmi 2 çempionat matçına çıxıb və 1 qol vurub.
Nihat