"Real Madrid" yay üçün transfer prioritetlərini müəyyən edib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Kral klubu" hücum mövqeyini gücləndirmək istəyir.
Mənbənin məlumatına görə, madridlilər "Yuventus"un futbolçusu Duşan Vlahoviç və "Tottenhem"li Rişarlisonun transferini nəzərdən keçirir.
Klub rəhbərliyi 35 yaşlı Kərim Benzemanın bu mövsüm zədələrə görə tez-tez oyun buraxmasını, bundan başqa, Mariano Diazın az şans qazanmasını və gələn yay komandanı tərk edəcəyini nəzərə alıb.
Mirağa