"Liverpul"un baş məşqçisi Yürgen Klopp postunu tərk edəcəyi ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, " Sky Sports" alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Heç yerə getməyəcəyəm. Bunu edə bilmərəm. Üzərimdə böyük məsuliyyət var və burada işləmək istəyirəm.
Əlbəttə, indi çətin dönəmdəyik. Amma biz toparlanmalı, "Liverpul"un başqalarından nə ilə fərqləndiyini ortaya qoymalıyıq. Azarkeşlər mənə inansalar, çətinliyi birlikdə dəf edə bilərik. Düzdür, uduzduğumuz oyunlardan sonra mən də bəzən çox emosianal oluram. Ancaq sakitliyi qorumalı, əlavə təzyiqlərdən qorunmalıyıq".
Nihat