Türkiyənin "Royal Seginus" otelində məskunlaşan rusiyalı və ukraynalı futbolçular arasında dava düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.
Xəbərə görə, hadisə dünən axşam yaşanıb. Ukraynanın "Minay" klubunun bir neçə nümayəndəsi Yaroslav təmsilçisi "Şinnik"in rəisinə yaxınlaşaraq ondan Ukranda himnini oxumağı tələb ediblər. Rusiyalı isə öz növbəsində onlara küçəcə çıxıb məsələni təkbətək həll etməyi təklif edib. Mübahisə otel işçilərinin müdaxiləsindən sonra sakitləşdirilib.
Ancaq bir müddət sonra ukraynalı futbolçular "Şinnik"in oyunçusu ilə eyni liftdə qarşılaşıblar və onu döyüblər. Lift rusiyalıların olduğu mərtəbəyə enəndə Yaroslav klubunun digər futbolçuları da davaya qoşulub. Nəticədə otelə polis və təcili yardım maşını çağırılıb.
Tərəflər arasında münaqişə hələ də sakitləşməyib. Hazırda oteldə iki polis əməkdaşı və əlavə mühafizəçilər cəlb olunub.
Röya