Argentina millisinin qapıçısı Emiliano Martines yayda klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, "Aston Villa" gələcək yaxşı təklifləri dəyərləndirməyi düşünür. Məlumatı "Daily Mail" yayıb.
Qapıçının klubun baş məşqçisi Unai Emeri ilə münasibətləri hələ "Arsenal"da çalışdıqları zamanlardan pisdir. Bu səbəbdən baş məqşçi onu yollamaq fikrindədir.
Qeyd edək ki, Martinesin İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Röya