Lionel Messi PSJ ilə müqaviləsini yeniləməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, ulduz futbolçunun atası Xorxe PSJ təmsilçiləri ilə ilk görüşünü keçirib, amma Parisdən nəticəsiz ayrılıb. Danışıqların davam edəcəyi bildirilir. Bununla belə, argentinalının qalmamaq ehtimalının çox olduğu iddia olunur.
"PSJ-də Messinin qalacağı ilə bağlı nikbinlik var idi, lakin son bir neçə gündə durum dəyişib. Messinin qalma şansı getdikcə azalır və PSJ-də belə düşünürlər ki, Messi danışıqlar üçün sadəcə vaxt qazanır. O, "İnter Mayami" və adı açıqlanmayan daha bir MLS klubu ilə danışıq aparır.
Bundan başqa, Xorxe Messi PSJ rəsmiləri ilə görüşdən sonra Barselonaya gedib, Fransa mediası bunu Messinin "Camp Nou"ya qayıtması üçün zəmin hazırlamaqla əlaqələndirib. Ancaq "Mundo Deportivo" bildirib ki, Xorxe Messi tez-tez Barselonada olur, çünki ikinci oğlu Rodriqo orada yaşayır.
Mirağa