Rusiya və İran yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, məlumatı İran Futbol Federasiyasının prezidenti Mehdi Taciyə istinadən "Persian Soccer" yayıb.
Federasiya rəhbəri bildirib ki, görüş martda Tehranda keçiriləcək.
Eyni zamanda təkcə kişilər deyil, İran və Rusiyanın qadınlardan ibarət milli komandaları da yoxlama matçında üz-üzə gələcəklər.
Qeyd edək ki, 2022-ci ilin fevralında UEFA və FİFA-nın qərarları ilə Rusiyanın bütün klub və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Mirağa