"Roma"nın hücumçusu Paulo Dibala "canavarlar"la olan müqaviləsindəki təzminat məbləği və cari mövsümün sonunda klubunu dəyişib-dəyişməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 29 yaşlı aregntinalı ulduzun dediklərini tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən yayıb:
"Müqaviləmdəki bənd "Roma" rəsmilərinin və agentlərimin müzakirələrinin nəticəsidir. Mövsümün sonunda nə baş verəcəyini bilmirəm. Mən Joze Mourinyunun rəhbərliyi altında oynamaq istəyirəm. "Roma" ilə qələbələr qazanmağa həvəsliyəm".
Qeyd edək ki, paytaxt klubuna 2022-ci ilin yayında, azad agent qismində qoşulan Dibala bu mövsüm "Roma" forması ilə bütün turnirlərdə 21 matça çıxıb. Bu qarşılaşmalarda 11 qol vuran dünya çempionu 7 məhsuldar ötürmə müəllifi olub.
Nihat