Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qreyə qarşı aparılan araşdırma yekunlaşıb.
Fanat.Az "Le Guerre"ə istinadən xəbər verir ki, o, tutduğu vəzifəni icra etmək üçün etibarsız şəxs hesab elan olunub.
Təsdiqlənən və "yuxarılar"ın da mövqeyini ifadə edən geniş araşdırmaya görə, Qrey tabeliyindəki şəxslərə qarşı kobud davranıb, qadın əməkdaşlara cinsi təzyiq göstərib, habelə son dövrdə həddindən artıq spirtli içki qəbul edir.
Tədqiqatın nəticəsi olaraq hesabatda "rüşvətxorluğu təşviq etməsi" və "institusional hökumət strukturlarına meydan oxuması" vurğulanıb.
İddiaya əsasən, Noel Le Qreylə bağlı yekun qərar federasiyanın İcraiyyə Komitəsinin növbəti iclasında veriləcək və onun istefası baş tutacaq.
Qeyd edək ki, hələ bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makronun FFF-yə UEFA-nın keçmiş rəhbəri Mişel Platini gətirmək istəməsi haqda xəbər yayılmışdı.
Mirağa