Məşhur boksçu və "YouTuber" Cek Paul Tommi Furi ilə döyüşdən əvvəl qoluna döymə etdirib.
Fanat.Az xəbər verir ki. buna görə ona külli miqdarda ödəniş olunub.
Britaniyalı musiqiçi DJ Çarli Slot Paula spirtli içki istehsal edən "Au" şirkətinin 250 min dollarlıq ödənişini şəxsən çatdırıb. Qeyri-adi marketinq kampaniyasına başçılıq edən Slot həmin arağı istehsal edən şirkətin ortaq sahibidir.
Qeyd edək ki, Paul və Furi arasında döyüş 25 fevralda Səudiyyə Ərəbistanında olacaq. Cek Paul indiyə qədər məğlub olmayıb, ancaq o, əsasən böyük qazanc gətirən sərgi matçlarında mübarizə aparıb.
Mirağa