Vaxtilə "Liverpul"un və Misir yığmasının ulduzu Məhəmməd Salahla "Çelsi"də komanda yoldaşı olan Con Obi Mikel maraqlı açıqlaması ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, nigeriyalı futbolçu "Dubai Eye"yə müsahibəsində o vaxt londonluların baş məşqçisi olan Joze Mourinyunun Salahla gərgin münasibətindən bəhs edib:
"Salah oyunların birini zəif keçirdi. Matçın fasiləsində Mourinyu ona hücum çəkdi. Joze qəzəbli halda onun üstünə düşüb xeyli danladı. Təbii ki, o vaxt mən, elə Mourinyu da Salahın dünya ulduzu olacağını hiss etmirdik.
Salah göz yaşları içində başını aşağı salmışdı. Mourinyu onu fasilədən sonra soyunub-geyinmə otağında qoyub getdi. Onu sadəcə əvəzləsəydi, bu Salaha o qədər də təsir etməzdi. Ancaq o, misirlini "darmadağın" etdikdən sonra heyətdən uzaqlaşdırdı".
Məhəmməd Salah 2014-cü ilin yanvarında "Bazel"dən "Çelsi"yə transfer olunan Salah London klubunda iki il yarım keçirsə də, müqaviləsinin böyük hissəsi ərzində "Fiorentina" və "Roma"da icarə əsasında oynayıb.
Mirağa