Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Barselona" - "Mançester" matçında (2:2) sözügedən turnirin azarkeş rekordu qeydə alınıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Spotifay Kamp Nou"dakı qarşılaşmanı 90 255 tərəfdar tribunalardan izləyib.
Öncəki rekord 23 fevral 2017-ci il tarixində qeydə alınmışdı. AL-in 1/16 final mərhələsində reallaşan həmin görüş "Uembli"də reallaşmış, "Tottenhem" - "Gent" matçına 80 465 futbolsevər stadiondan baxmışdı.
Nihat