PSJ-nin baş məşqçisi Kristof Qaltye Liqa 1-in 24-cü turu çərçivəsində bu keçirilən "Lill"lə ev oyununu (4:3) dəyərləndirib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, bu qələbədən öncə ardıcıl 3 yenilgi acısı dadan parislilərin çalışdırıcısı belə danışıb:
"PSJ kimi komandada ardıcıl dörd oyun uduzan məşqçi təhlükəli vəziyyətə düşmüş sayılar. Amma sizə deyim ki, klub rəhbərliyi məni daim dəstəkləyir və bu, çox önəmli amildir".
Nihat