"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən matçı - "Nottingem Forest"lə oyunu (1:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:
"Qələbə qazanmaq imkanımız olsa da, vacib xallar itirdik. Evdə "Brentford"a uduzandan sonra futbolçularıma onların layiqli qələbə qazandığını dedim. Ancaq "Nottingem Forest"lə görüşdə rəqibdən çox üstün idik. Ola bilsin ki, həmkarım razılaşmayacaq. Amma bu, həqiqətdir. Biz sadəcə, öz şanslarımızdan istifadə etməliydik. Bunu bacarmamışıqsa, özümüzü günahlandırmalıyıq.
Oyundan sonra futbolçulara nə dedim? Belə oyunlardan sonra danışmamaq daha yaxşıdır. Evə getmək, yaxşı yatmaq və ertəsi digər oyunlar barədə düşünmək məsləhətdir".
Nihat