Almaniyalı mütəxəssis Tomas Tuxel əvvəlki iş yerinə qayıtmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı fransalı jurnalist Adrien Qrenye yayıb.
Xəbərə görə, PSJ-nin rəhbərliyi baş məşqçi Kristof Qaltyeyə martın 8-nə - "Bayern Münhen"lə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununadək vaxt verib. Evdə Münhen təmsilçisinə 0:1 hesabı ilə uduzan parislilər "Bayern" səddini keçməyəcəyi halda, Qaltyenin istefaya göndəriləcəyi, onun postunu 49 yaşlı Tuxelin tutacağı bildirilib. Mənbə klub bosslarının məsələni müzakirə etdiklərini və klub bosslarının fransızı başqa çalışdırıcı deyil, məhz almanla əvəzləməyi hədəflədiklərini vurğulayıb.
PSJ Tomas Tuxel dönəmində tarixində ilk və indilik son dəfə Çempionlar Liqasının finalına çıxaraq "Bayern Münhen"ə uduzub. 2020-ci ilin dekabrında Paris təmsilçisinin idman direktoru Leonardo fikir ayrılığı üzündən postundan uzaqlaşdırılan alman daha sonra "Çelsi"nin baş məşqçisi olub. O, İngiltərə təmsilçisindəki yarım illik fəaliyyətin ardından "zadəganlar"la ÇL-in qalibi adını qazanıb. Cari mövsümün əvvəlində "Çelsi"dən ayrılan Tuxel hazırda işsizdir.
Nihat