"Vest Hem"in hücumçusu Maykl Antonio "Çelsi"nin bu qış Donetsk "Şaxtyor"undan 70 milyon+ 30 milyon avro bonus qarşılığında transfer etdiyi Mixail Mudrikin sürəti barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun ukraynalı vingerin performansı haqda dediklərini "Football.London" belə çatdırıb:
"Mudrik çox cəld və sürətlidir. Həyatımda insanların belə sürətlə qaçdığını görməmişəm. Bu oğlan kimisi hələ qarşıma çıxmayıb".
Qeyd edək ki, "Çelsi" forması ilə 4-ü Premyer Liqa matçı olmaqla 5 oyun keçirməyə imkan tapan Mudrik məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat