PSJ-nin idman direktoru Luis Kamposun "Lill"lə oyundakı (4:3) davranışı Fransa mediasının gündəmindədir.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, Kampos matçın gedişində texniki zonaya enərək baş məşqçi Kristof Qaltyenin işinə müdaxilə edib.
O, bunu komanda hesabda 2:3 geri düşdükdən sonra edib. Nəticədə son dəqiqələrdə 2 qol vuran PSJ dramatik qələbə qazanıb.
Medianın qənaətincə, idman direktorunun oyunun gedişində ehtiyat oyunçular skamyasına enərək komandanın idarəçiliyini Qaltyedən alması və sonda gedişatın dəyişməsi məşqçinin etibarını zədələyib. Böyük ehtimalla, "Bayern Münhen"lə cavab görüşündən sonra PSJ-də məşqçi istefası reallaşacaq.
Mirağa