Liqa 1-in 24-cü turu çərçivəsində keçirilən matçda - "Lill"ə ev oyununda (4:3) topuğu burxulan Neymar zədəli ayağının fotosunu paylaşıb.
Fanat.Az xəbər verir ki, fotonun üzərinə "yenə və yenə" yazan "sambaçı" çoxsaylı zədələrə eyham vurub:
Son müayinəyə əsasən, Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına - "Bayern Münhen"lə səfər qarşılaşmasına qədər komandanın sıralarına dönə bilər.
Qeyd edək ki, PSJ öz meydanında bu rəqibinə 0:1 hesabı ilə yenilib. Tərəflərin ikinci dueli martın 8-də reallaşacaq.
Nihat