Son klubu Çin "Qingdao Zhongneng"i olan İbrahim Kane karyerasını Ukrayna klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "ТаТоТаке" yayıb.
Müdafiəçi "Vorskla" ilə anlaşıb. Poltava klubu 22 yaşlı malilinin viza məsələsini həll edib və futbolçu dünən gecə komandanın Türkiyədəki düşərgəsinə qoşulub. Onun yeni müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Kane Çinin "Qingdao Zhongneng" klubunda 23 matç keçirib və 5 qol vurub.
Mirağa