İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan "Lester" - "Mançester Yunayted" (0:3) matçı qonaqların qapıçısı David de Xea üçün əlamətdar olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı qolkiper 180-ci oyununda qol vuraxmamaqla Peter Şmeyxelin rekordunu təkrarlayıb.
2011-ci ildə “Atletiko”dan gələn çərçivə qoruyucusu o vaxtdan bəri MY-də 521 dəfə meydana çıxıb. Bu isə klub tarixində onuncu göstəricidir.
Qeyd edək ki, hələ ötən həftə de Xeanın Şmeyxelin "quru" oyunlarla bağlı rekorduna şərik olması barədə səhv statistika yayılmış, MY-nin mətbuat xidməti buna düzəliş etməli olmuşdu.
Mirağa