İspaniya La Liqasının 22-ci turu çərçivəsində “Kadis” üzərində ev qələbəsi (2:0) “Barselona” üçün ikiqat əlamətdar olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kataloniyalılar mövsümdə 17-ci dəfə quru hesabla qalib gəlməklə yeni rekord müəyyənləşdirib.
Belə ki, sonuncu dəfə "Deportivo" 1993/1994 mövsümündə bu göstərici üzrə İspaniya La Liqasında rekorda imza atıblar. "Barselona" 29 illik rekordu qırıb.
Həmçinin Kataloniya təmsilçisi ilk 22 turda buraxılan qolların sayına görə də yeni nailiyyətə imza atıb. Bu müddətdə qapısında cəmi 7 top görən "Barselona" özünün 1986/1987 mövsümündəki, həmçinin “Deportivo”nun 1993/1994 və "Atletiko Madrid"in 2017/2018-də reallaşdırdığı uğuru geridə qoyub. Hansı ki, buna qədər 22 turda 9 top buraxan komandalar ən uğurlu müdafiə xətti ilə öyünürdü.
Mirağa