"Ayaks"ın qanalı futbolçusu Məhəmməd Kudus "Sparta" ilə çempionat oyununda (4:0) qol vurduqdan sonra formasını çıxarıb.
Fanat.Az xəbər verir ki, kədərli halda meydanın kənarına gələn hücumçu formasını qaldıraraq onun altındakı köynəyin üzərində yazılmış "Rahat yat, Atsu" mesajını nümayiş etdirib.
Beləliklə, o, qolu Türkiyədə baş verən fəlakətli zəlzələdə dünyasını dəyişən həmyerlisi Kristian Atsuya həsr edib.
Formasını çıxarmasına baxmayaraq, niderlandlı referi Pol van Boykel ona bilərəkdən sarı vərəqə göstərməyib. Kudus oyundan sonra hakimlə dialoqunu açıqlayıb: “Hakim mənə dedi ki, qaydalara görə, köynəyimi çıxardığın üçün sənə vərəqə verməliyəm. Amma vəziyyəti anlayıram, buna görə bunu etməyəcəyəm. Həyatda futboldan daha anlamlı şeylər var".
Mirağa