PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatları tarixinin rekorduna imza atıb.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, o, Liqa 1-in 24-cü tutu çərçivəsində keçirilən "Lill"ə ev oyununda (4:3) dubl edərək 150 qol həddinə çatmış ən gənc oyunçu ünvanına sahib çıxıb.
24 yaş 2 aylığında çempionatda 150-ci qolunu vuran Kilian "Nitsa" və "Reyms"in sabiq forvardı Jüst Fontenin rekordunu yeniləyib.
Fonten 1959-cu ildə 150-ci dəfə rəqib qapılarına yol tapmışdı. Jüst bu nəticəni 26 yaş 2 aylığında reallaşdırmışdı.
Nihat