Markus Türam yayda Münhenqladbax "Borussiya"sını tərk edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı klubun idman direktoru Roland Virkus təsdiqləyib.
"L’Equipe" nəşrinə danışan "Borussiya" rəsmisi bildirib ki, 25 yaşlı fransalı hücumçu mövsümün sonunda komandadan ayrılacaq: "Biz artıq onun daha böyük kluba keçəcəyi faktını qəbul etməliyik".
Qeyd edək ki, Türamın Almaniya təmsilçisi ilə müqaviləsi bu ilin iyun ayında başa çatır. 2019-cu ildən "Borussiya"da çıxış edən futbolçu 96 matçda meydana çıxıb və aktivində 31 qol var. Onun xidmətində "Liverpul", "Tottenhem", "Arsenal" və "Atletiko Madrid" kimi klublar maraqlıdır.
Röya