"Barselona" baş məşqçisi Xavi ilə bağlı qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi 43 yaşlı mütəxəssislə müqaviləni yeniləmək niyyətindədir.
Məlumatı "SPORT" yayıb. Onun cari sözləşməsinin müddəti mövsümün sonunda başa çatır.
Ancaq klub rəhbərliyi Xavinin gördüyü işlərdən razı olduğu üçün, onu uzun müddət "Barselona"nın başında görmək istəyirlər.
Qeyd edək ki, ispaniyalı çalışdırıcı 2021-ci ildən "Barselona"da çalışır.
Röya