PSJ-nin ulduz futbolçusu Neymar Fransa I Liqasının XIV turunda "Lill"ə ev oyununda (4:3) zədələnib.
Fanat.Az xəbər verir ki, braziliyalı hücumçuya sağ topuğunda oynaq bağlarının qismən qopması diaqnozu qoyulub.
Məlumatı "L’Equipe" yayıb. Xəbərə görə, Neymar 3-4 həftə ərzində yaşıl meydanlardan uzaq qalacaq.
Beləliklə, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçına - "Bayern Münhen"lə səfər qarşılaşmasını buraxmalı olacaq.
Qeyd edək ki, PSJ öz meydanında bu rəqibinə 0:1 hesabı ilə yenilib. Tərəflərin ikinci dueli martın 8-də reallaşacaq.
Röya