"Olimpiakos"dan ayrılan braziliyalı futbolçu Marselo Kriştianu Ronaldu ilə eyni komandada oynamaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb:
"Müdafiəçi karyerasını davam etdirmək üçün variantlar üzərində düşünür. Ulduz futbolçu yeni kluba pulsuz keçəcək. Çünki Yunanıstan "Olimpiakos"u ilə müqaviləsi transferindən 5 ay sonra ləğv edildi.
Hazırda danışıqlar aparılmasa da, Marselo Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"ə keçmək istəyir. Klub da onun istəyindən xəbərdardır və 34 yaşlı futbolçunun keçidində maraqlıdır".
Qeyd edək ki, Marselo ötən ilin sentyabrında "Olimpiakos"la 1+1 illik müqavilə imzalamışdı. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub.
Röya