"Arsenal", "Barselona" və Fransa millisinin sabiq hücumçusu Tyeri Anri Neymarın dostlarının hərəkətinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, "Amazon Prime Video Sport"da belə deyib: ""Makdonalds"dakı fotonu onun dostları yayıb? Belə dostlarla düşmənə ehtiyac yoxdur".
Xatırladaq ki, PSJ-nin braziliyalı ulduzu Neymar Çempionlar Liqasının pley-off mərhələsinin ev oyununda “Bayern Münhenə”ya məğlubiyyətdən (0:1) sonra rejimi pozub. O, ertəsi gün gecə qumar məclisində poker oynayıb və bundan sonra bir "fast food" restoranına baş çəkib. Futbolçunun dostlarından biri sosial şəbəkə hesabında braziliyalı futbolçunun fotosunu paylaşıb.
Mirağa