Ötən ilin sentyabrında Çempionlar Liqasını qazandırdığı "Çelsi"dən qovulan və o vaxtdan bəri işsiz olan Tomas Tuxelin "zadəganlar"dan öncə çalışdırdığı PSJ-yə qayıdacağı ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Evening Standard" yayıb.
Xəbərə görə, ÇL-in 1/8 final mərhələsinin ilk oyununda "Bayern Münhen"ə 0:1 hesabı ilə uduzan Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye martın 8-də keçiriləcək cavab qarşılaşmasında işinin öhdəsindən gəlməsə, dərhal istefaya göndəriləcək. Onun postunu Tuxelin tutacağına Fransa təmsilçisinin idarəçiləri tərəfindən artıq qərar verildiyi, hətta PSJ bosslarının alman çalışdırıcının tələblərini də qarşılamağa hazır olduğu vurğulanıb.
Tuxelin tələblərinə gəlincə, o, ilk növbədə komandanın ulduzlarının intizamsızlığının qarşısının alınmasında rəhbərliyin ona kömək etməsini istəyir. Digər tərəfdən, alman çalışdırıcı klubun indiki idman direktoru Luiş Kampuşla iş birliyinin mümkün problemlərdən sığortalanmaq üçün öncədən müzakirə olunmasını vacib sayır.
Xatırladaq ki, Tuxel PSJ-nin sabiq idman direktoru Leonardo ilə yola getmədiyi üçün tarixində ilk və indilik son dəfə dəfə ÇL-in finalına daşıdığı Fransa nəhəngindən ayrılmalı olmuşdu.
Nihat