"Bayern Münhen" axtardığı qapıçını İtaliya A Seriyasında tapıb.
Fanat.Az xəbər verir ki, söhbət "Empoli"nin qolkiperi Qulyermo Vikariodan gedir.
Bunu İtaliya təmsilçisinin prezidenti Fabritsio Korsi açıqlayıb.
"Tuttomercatoweb"ə danışan klub rəsmisi bildirib ki, münhenlilərdən təklif almasalar da, yanvarda Vikario ilə maraqlandıqlarından xəbərdardır.
Qeyd edək ki, 26 yaşlı italiyalı qapıçı 2021-ci ildən "Empoli"də çıxış edir.
Röya