"Napoli"nin və Gürcüstan millisinin gənc ulduzu Xviça Kvaratsxeliya Neapol klubunun azarkeşlərinin Dieqo Maradonanın şərəfinə ona Kvaradona ləqəbi qoymasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, vinger bu barədə fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Soyadımın futbol əfsanəsinin soyadı ilə birləşdirilməsi inanılmaz faktdır. Açığı, bu qədərini gözləmirdim. Ancaq bu, mənə xüsusi motivasiya verdi. Yavaş-yavaş ləqəbimə öyrəşirəm".
Qeyd edək ki, bu mövsüm "Napoli" forması ilə ümumilikdə 24 matça çıxan Xviça 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat