"Barselona" Almaniyadan xoş xəbər alıb.
Fanat.Az-ın məlumatına görə, "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts Kataloniya klubundan təklif alacağı təqdirdə, qəbul etməyə hazırdır.
Məlumatı "Sport" yayıb.
Ancaq "Barselona"nın önündəki əngəl maliyyə ilə bağlı problemlərdir. Ona görə bu yay Florianın keçidi baş tutmaya bilər. Üstəlik Leverkuzen təmsilçisinin də futbolçu üçün yüksək məbləğ tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya millisinin 19 yaşlı üzvü 2020-ci ildən "Bayer"ın əsas komandasında çıxış edir. 61 oyunda meydana çıxan gənc istedad 13 qola imza atıb.
Röya