İngiltərənin iki klubu "Bayer Leverkuzen"in müdafiəçisi Ceremi Frimponq uğrunda mübarizə aparırlar.
Fanat.Az xəbər verir ki, bunlar "Mançester Yunayted" ilə "Nyukasl"dır.
Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Yayda hər iki klub Cereminin transferi üçün irəli atılacaqlar.
"Mançester Yunayted" hələ də futbolçusu Dioqu Dalota ilə sözləşməni yeniləyə bilməyib. Razılıq əldə edilmədiyi təqdirdə, Frimonq onlar üçün əla variantdır.
"Nyukasl" isə 22 yaşlı müdafiəçini 33 yaşlı Kiran Trippyerə uzunmüddətli əvəzedici olaraq görür.
Röya