Ötən ilin oktyabrında "Aston Villa"dan qovulan Stiven Cerrard Avropa nəhənginin baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Scottish Daily Express" yayıb.
Xəbərə görə, Kristof Qaltyeyə inamını itirən PSJ rəhbərliyi fransalı mütəxəssisi Cerrardla əvəzləmək variantını da uyğun sayır.
Daha öncə Qaltyenin yerini Tomas Tuxelin tutacağı barədə də məlumatlar dərc edilmişdi.
Nihat