PSJ-nin hücumçusu Neymarın Liqa 1-in 23-cü turunda "Monako"ya məğlubiyyətdən sonra (1:3) paltardəyişmə otağında klubun idman direktoru Luiş Kampuşa nə dediyi bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Get French Football News" yayıb.
Xəbərə görə, Kampuşla Neymar portuqalca mübahisə edib və "sambaçı" Paris təmsilçisinin rəsmisinə "sən mənim məşqçim deyilsən ki, sənə hesabat verim" deyib.
Xatırladaq ki, Neymar Liqa 1-in 24-cü turu çərçivəsində baş tutan "Lill"ə oyunda topuğundan xəsarət alaraq sıradan çıxıb.
Nihat