Fransanın "Lill" klubunun hücumçusu Conatan Devid karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Mənbə 23 yaşlı Devidin Almaniya "Leyptsiq"in transfer hədəfinə çevrildiyini vurğulayıb.
ABŞ əsilli kanadalı forvard 2020-ci ildən "Lill"in uğurları üçün çalışır. Onun Fransa təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. "Transfermarkt" portalı Devidin transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.
O, bu mövsüm "Lill"in heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa