İsveçrə Ali Məhkəməsi Rusiya Futbol İttifaqının (RFİ) ölkənin klub və yığmalarının FİFA və UEFA bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılması ilə bağlı apellyasiya şikayətinə baxıb.
Fanat.Az TASS-a istinadən xəbər verir ki, məhkəmə RFİ-nin şikayətini təmin etməyib.
CAS-ın çıxardığı bu qərardan sonrakı 30 gün ərzində şikayət verməli olan rusların gecikdiyi əsas gətirib.
Xatırladaq ki, FİFA və UEFA Ukrayna ərazisini işğal edən Rusiyanın təmsilçilərini 28 fevral 2022-ci il tarixindən bütün turnirlərdən kənarlaşdırıb.
Nihat