"Mançester Yunayted"in hücumçusu Vaut Verxorst karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Takvim" yayıb.
Xəbərə görə, əgər "qırmızı şeytanlar" niderlandlı forvardla müqaviləni yeniləməsə, mövsümün sonunda komandada ayrılacaq. Belə olacağı təqdirdə isə, Vautun "Qalatasaray"a keçidi mümkündür.
Qeyd edək ki, müqavilə ilə "Börnli"yə məxsus olan Vaut Verxorst 2022-ci ildən bu qışa qədər "Beşiktaş"da çıxış edib, yanvarda isə "Mançester Yunayted"ə keçib. 10 oyunda meydana çıxıb və 1 dəfə fərqlənib.
Röya