"Barselona" Avropa Liqasında pley-off mərhələsində "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra UEFA-nın rəsmi saytına danişan Kataloniya klubunun baş məşqçisi Xavi məğlubiyyəti şərh edib:
"İkinci hissədə soyuqqanlı ola bilmədik. Daha çox səbir lazımdır. Xırda şeylərə görə uduzduq. Bizim itkilərimizdən sonra iki dəfə fərqləndilər. Ümumiyyətlə, pis oynamadıq, yüksək səviyyəli komandaya qarşı mübarizə apardıq və yaxşı görünürdük. Çox təəssüf ki, məğlub olduq".
Qeyd edək ki, tərəflər arasında ilk görüş 2:2 hesabı ilə yekunlaşmışdı.
Röya