Braziliyanın əfsanəvi futbolçularından olan Ronaldinyo yenidən futbola qayıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Kings League" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Barselona" və "Milan"ın sabiq hücumçusu İspaniya Medialiqasında çıxış edəcək. 42 yaşlı veteran futbolçu ilk oyununu "Porcinos"un heyətində "Pio"ya qarşı keçirəcək. Görüş fevralın 26-da Barselonada baş tutacaq.
Ronaldinyo 2003-2008-ci illərdə "Barselona"da çıxış edib və 2008-2011-ci illərdə "Milan"ın rənglərini qoruyub. O, Avropada PSJ klubunda (2001-2003) da çıxış edib.
"Top sehrbazı" kimi tanınan hücumçu Braziliya millisində 97 matç keçirərək 33 qol vurub.
Mirağa